• Gül kələmi sobada resepti

Reseptin məlumatları Baxış sayı: 16 488

Tarix : 10-02-2017, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel


Tərkibi:
1 ədəd gül kələm
3 yumurta
3 diş sarımsaq
1 x.q. zeytun yağı
50 qr. istədiyiniz pendir Mozzarella, Parmezan ola bilər. Mən Cheddar istifadə etdim.
Duz, istiot, cirə (zövgə görə)

Hazırlanması:
Sarımsağı qabığdan soyuruq, gül kələmi hissələrə bölürük. Qazanda su qaynadıb içinə biraz duz qatırıq. Sarımsaqla gül kələmini əlavə edirik. 10 dəq. bişəndən sonra süzürük. Soba qabına zeytun yağı çəkirik. Gül kələmi içinə qoyuruq, sarımsağı xırda kəsib səpirik. Duz, istiot, cirə səpirik. Yumurtaları çalıb, tökürük üsdünə. Pendiri rəndələyim gül kələminə səpirik. 200 dərəcədə 15 dəq. bişiririk. Bişəndən sonra zövgə görə göyərti səpə bilərsiz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: səpirik, kələmi, içinə, sonra, istiot, zövgə, zeytun, qoyuruq, sarımsağı, xırda, kəsib, göyərti, çəkirik, bişəndən, bilərsiz, süzürük, qabına, Bişəndən, üsdünə, Pendiri
BİZİ İZLƏYİN