• Tərəvəz souslu qızardılmış toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 12 905

Tarix : 1-03-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Toyuq 1 kq
Zeytun yağı 2 x.q
Duz 1 ç.q
İstiot 1 ç.q
Kəkliotu 1 ç.q
Soğan 1 orta
Kök 1 orta
Kərəviz 1
Qırmızı çaxır 200 ml Kəmşirin
Dəfnə yarpağı 1
Soy sousu 1 ç.q
Kərə yağı 3 ç.q
Limon şirəsi 2 x.q

Hazırlanması:
1. Sobanı 200 dərəcə isidib, odu orta səviyyədə tənzimləyin. İti mətbəx qayçısı ilə toyuğun onurğasını çıxardın və 2 sm uzunluğu olan dilimlərə bölün. Toyuğun üzərinə 1 x.q qaşığı bitki yağı çəkin, duz və istiot vurun.

2. Toyuqu bel hissəsindən ayırın və döşü yuxarı soba üçün setkanın üzərinə yerləşdirin. Altına soba listi qoyub, üzərini folqa ilə örtün. 150 dərəcədə 90 dəq. bişirin. Sonda əgər sobanızda gril funksiyası varsa toyuqu 5-10 dəqiqə grildə qızardın.

3. Kiçik qazana 1 x.q qaşığı yağ əlavə edib, toyuğun doğranılmış onurğasını 3 dəq ərzində qızılı rəngədək bişirin. Xırda doğranmış soğan, kök və kərəvizi də qazancaya əlavə edib 3 dəq qızardın. Dəfnə yarpağı, qırmızı çaxır və 1 stəkan su əlavə edib 20 dəq. orta odda bişirin. Qazançanın tərkibini süzün və alınan məhlulu qazana qaytarın. Soy sousu, ədviyyat və kərə yağı əlavə edib qarışdırın. Sous hazırdır.

4. Toyuqu sobadan çıxarıb 5-10 saxlayın. Daha sonra doğrayıb sousla birgə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, sousu, üzərinə, Toyuqu, toyuğun, qaşığı, onurğasını, yarpağı, qazana, çaxır, qızardın, Dəfnə, varsa, toyuqu, doğranmış, kərəvizi, funksiyası, Xırda, soğan
BİZİ İZLƏYİN