• Korokke kartof kroketləri resepti

Reseptin məlumatları Baxış sayı: 19 912

Tarix : 12-08-2014, 14:04

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kartof
bitki yağı
0,5 ç.q. karri
duz
istiot
1 yumurta
0,5 st. un
1 st. narın suxarı

Hazırlanması:
Kartofu bişirin, soyudub püre hazırlayın.

Yağı tavada qızdırın.

Kartof püresini karri ilə qarışdırın. Duz, istiot vurun. 3 dərin olmayan kasa götürün. Birinə yumurtanı qırın, ikinciyə un, üçüncüyə suxarı tökün.

Kartofdan balaca kökələr tutun. Hər birini una batırın, unun artığını səliqə ilə təmizləyin. Sonra çalınmış yumurtaya, ardınca suxarıya batırın. Suxarının bir qədər kökəyə batmasına çalışın.

Kartoflu kökələrin hər iki üzünü qaynar yağda 2-3 dəqiqə qızardın.

Kağız salfetin üstünə düzüb artıq yağının axmasını gözləyin.

Süfrəyə sevdiyiniz souslardan biri ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: istiot, suxarı, karri, batırın, çalışın, batmasına, Kartoflu, kökələrin, qaynar, üzünü, kökəyə, qədər, çalınmış, Sonra, yumurtaya, ardınca, Suxarının, suxarıya, yağda, dəqiqə
BİZİ İZLƏYİN