• Bolonyez spagettisi resepti

Reseptin məlumatları Baxış sayı: 11 854

Tarix : 4-03-2017, 14:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Zeytun yağı- 2 x.q.
sarımsaq – 2 diş
soğan – 1 baş
kök – 1 ədəd
kərəviz – 1 saplaq
qırmızı çaxır – 375 ml.
çəkilmiş mal əti – 500 qr.
ət bulyonu – 500 ml.
şəkər – 1 ç.q.
Konservləşmiş və ya təzə pomidor – 850 qr.
doğranmış cəfəri – 3 x.q.
sürtqəcdən keçirilən parmezan, duz və istiot zövqə görə

Hazırlanması:
1. Böyük tavada zeytun yağını qızdıraraq ora xırda doğranmış sarımsaq, soğan, kök və kərəvizi əlavə edib 5 dəg. ərzində tərəvəzlərin yumşalmasına gədər qovurun.

2.Tavanın altını artırın və əti əlavə edin. Əti qarışdırıb bulyon, çaxır, pomidorlar, şəkər və cəfərini əlavə edin. Qaynama həddinə çatdırıb, tavanın altını azaldın və 1,5 saat qapaq altında pörtlədin. Sonda ədviyyatları əlavə edin.

3. Servisdən əvvəl sevdiyiniz növ spagettini qaynadıb suyunu süzün. Spagettini bolonyez sousu və parmezanla birgə masaya verin.

Qeyd: Parmezanı istənilən bərk növ pendirlə əvəz etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, doğranmış, çaxır, altını, sarımsaq, soğan, Sonda, pörtlədin, cəfərini, ədviyyatları, əvvəl, Servisdən, altında, qapaq, çatdırıb, həddinə, tavanın, azaldın, sevdiyiniz
BİZİ İZLƏYİN