Tərkibi:Duz
Duru yağ
400 qram makaron
1 qutu süd
8 xorək qaşığı doğranılmış şit yağı
1/2 stəkan un
300 qram doğranılmış çeddar pendiri
1/2 çay qaşığı qara istiot
1/2 çay qaşığı üyüdülmüş hind qozu
4 balaca pomidor
1 1/2 stəkan suxarı
Hazırlanması:Sobanı 375 dərəcədə isidin.
Qaynayan suya yağı və makaronu əlavə edərək, 6-8 dəqiqə bişirin. Daha sonra makaronu süzün.
Südü isdin, amma qaynatmayın. 6 xorək qaşığı yağı böyük qazanda əridin və üzərinə unu əlavə edin. Qarışdıraraq orta odda 2 dəqiqə bişirin. Daha sonra südü əlavə edərək daha bir az, qatı məhlul əldə edənədək bişirin. Qazanın altını söndürün.
Alınan qarışığa çeddar pendirini, 1 çay qaşığı duz, istiot və hind qozu tozu qatıb qarışdırın. Makaronu əlavə edərək, yaxşıca qarışdırın. Qarışığı bişirmə formasına tökün.
Pomidorları doğrayıb güvəcin üzərinə yığın. Qalan 2 xorək qaşığı yağı əridin, suxari ilə qarışdıraraq, pomidorun üzərinə tökün.
Güvəci 35 dəqiqə, makaron qızılı rəngə çalana gədər sobada bişirin.
Nuş olsun!
Etiketlər: qaşığı, bişirin, əlavə, dəqiqə, üzərinə, edərək, xorək, doğranılmış, stəkan, çeddar, əridin, makaronu, tökün, makaron, qarışdırın, sonra, istiot, gədər, çalana, rəngə