• Toyuqlu güvəc kartof ilə resepti

Reseptin məlumatları Baxış sayı: 12 999

Tarix : 5-03-2017, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
¼ çay qaşığı duz
½ çay qaşığı şəkər tozu
3 dənə qara istiot
¼ stəkan qaymaq
2 orta kartof
230 qram toyuğun sümüksüz, dərisiz ağ əti
4 xörək qaşığı dilimlənmiş şit yağı
1 stəkan doğranılmış çeddar pendiri
1 dəstə göy soğan

Hazırlanması:
1. Kartofu soyub, yuyub, doğrayın. Toyuğun ağ ətini sümüklərdən və dəridən təmizləyin və balaca dördkünc tikələrə doğrayın. Çeddar pendirini zol-zol kəsin. Yaşıl soğanın ancaq yaşıl hissəsini xırda-xırda doğrayin.

2.Duzu, şəkər tozunu və qara istiotu qaymaqa əlavə edərək, qarışdırın. Sobanın listini yağlayın. Yağlanmış listin üzərinə doğranmış kartofu və toyuq ətini bir lay düzün. Üstundən doğranmış şit yağını düzərək, çeddar pendirinin yarısını və yaşıl soğanı əlavə edin.

3. Bu layların üzərinə qaymaqı tökərək, üstünü aluminium folga ilə bağlayın və 1 saat ərzində sobada bişirin. Sonra, folganı götürərək, daha 30 dəqiqə sobada bişirin. Bişməyin axırına 10 dəqiqə qalmış çeddar pendirinin qalan hissəsinidə əlavə edərək, pendir əriyənədək bişirin. Bişən kimi, süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qaşığı, bişirin, çeddar, əlavə, stəkan, yaşıl, sobada, şəkər, ətini, xırda, edərək, doğrayın, üzərinə, doğranmış, pendirinin, dəqiqə, yarısını, qaymaqı, layların, soğanı
BİZİ İZLƏYİN