• Kiyev sayağı kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 16 752

Tarix : 6-03-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq filesi 2 ədəd
Kərə yağı 160 q
Un 60 q
Suxari 140 q
Yumurta 2 ədəd
Süd 100 ml
Duz 1/2 ç.q
Qara istiot 1/2 ç.q (təzə üyüdülmüş)
Cəfəri 20 q (Şüyüd ilə əvəz etmək olar)
Bitki yağı 300 ml

Hazırlanması:
1. Toyuğun döş ətinin dərisini çıxartmaq və alt hissəsi yuxarı vəziyyətdə doğrama taxtasının üzərinə qoyub fileni uzununa iti bıcaqla kəsmək. Sona qədər kəsməyin ki vərəq kimi aça biləsiniz.

Fileni qida plyonkası ilə örtüb mətbəx çəkici ilə döyün.

2. Cəfərini xırda doğrayıb yumşaq kərə yağı ilə qarışdırın və duzlayın. Çay qaşıqları vasitəsi ilə içlikdən yumrular hazırlayın və 5-10 dəq bərkiməsi üçün buzlama dolabına qoyun.

3. Buz dolabından çıxarılan içliyi toyuq filesinə bükün, diqqət edin ki yağ yaxşı bükülsün, əks halda bişirilmə zamanı yağ tökülə bilər. İçərində yağ olan kotletləri 5 dəq biz dolabında saxlayın.

4. Kotletlər soyuducuda bərkiyənədək yumurtaları süd ilə çalın. Ayrı-ayrı qablara un və suxarini tökün. Soyuducudan çıxarılan kotletləri ilk növbədə unlayın, yumurta və suxariyə batırın, daha sonra bir daha yumurta və suxariyə batırın.

5. Sobanı 200 °С isidin. Tavada bitki yağını qızdırıb kotletləri 5 dq ərzində qızılı qabıq yaranana kimi qızardın. Daha sonra 10-15 dəq sobada bişirin.

6. Hazır kotletləri tərəvəz salatı və ya düyü ilə servis edin.

Nuş olsun!
Etiketlər: kotletləri, sonra, yumurta, suxariyə, batırın, çıxarılan, dolabında, saxlayın, Kotletlər, çalın, yumurtaları, bərkiyənədək, soyuducuda, İçərində, bilər, bükün, diqqət, filesinə, toyuq, içliyi
BİZİ İZLƏYİN