• Toyuqlu kesadilya resepti

Reseptin məlumatları Baxış sayı: 13 995

Tarix : 22-03-2017, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq filesi 300 q
Duz ½ ç.q
İstiot ½ ç.q
Sarımsaq tozu ¼ ç.q
Bolqar bibəri 1-2 Ədəd
Soğan 1 Ədəd
Qalın lavaş 2 Ədəd
Holland pendiri 100 q
Zeytun yağı 2 x.q

Hazırlanması:
1. Toyuq ətini zeytun yağında 2-3 dəqiqə ərzində qızardın. Üzərinə soğan, pomidor və bolqar bibərini əlavə edib qarışdırın. Ədviyyatları qatıb tavanın qapağını örtün və toyuq əti bişənə kimi odda saxlayın.

2. Təmiz tavanı isidin, lavaşı dibinə sərin. Lavaşın yarı hissəsinə rəndələnmiş holland pendiri toyuqlu içlik və üzərinə bir az da holland pendiri əlavə edib bükün. Hər iki tərəfini 2 dəq qızardın və sevdiyiniz sousla masaya verin.

Nuş olsun!
Etiketlər: pendiri, holland, əlavə, Toyuq, qızardın, dibinə, isidin, lavaşı, Təmiz, toyuq, örtün, bişənə, saxlayın, sərin, tavanı, hissəsinə, sevdiyiniz, tərəfini, sousla, masaya
BİZİ İZLƏYİN