• Biryani resepti

Reseptin məlumatları Baxış sayı: 15 171

Tarix : 25-03-2017, 22:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
100 qr basmati düyü
50 qr kərə yağı
50 ml günəbaxanyağı
50 ml zeytun yağı
3 su stəkanı ət suyu
30 qr badam
50 qr quru üzüm
25 gr dolmalıq fıstıq
250 qr sümüklü quzu qabırğa əti
2 albalı pomidor
2 frenksoğanı
Bir neçə tel zəfəran
yarım soğan
duz

Hazırlanması:
Orta boy bir qazana kərə yağını və zeytunyağı qoyun, doğradığınız soğanları əlavə edin. Qızarana qədər qovurun. Quzu ətlərindən bir miqdar quşbaşı doğrayıp əlavə edin, yaxşıca bişirin.
Düyünü yuyun. Zəfəranla birlikdə ətə əlavə edib qarışdırın. Suyunu çəkməsi üçün dəmlənməyə buraxın. Hazırladığınız yeməyi bir kasaya alıb xidmət boshqabini üzərinə qapaq edərək tərs çevirin. Badam, kişmiş və dolmalıq fıstığı tavada az miqdarda günəbaxanyağında bişirib biryaninin üzərinə gəzdirin. Frenksoğanları ilə bəzəyin. Günəbaxan yağında qızartdığınız albalı pomidor ilə bəzəyib xidmət edin.

Nuş olsun!
Etiketlər: əlavə, xidmət, albalı, dolmalıq, üzərinə, pomidor, edərək, kasaya, qapaq, boshqabini, yeməyi, Suyunu, qarışdırın, çəkməsi, dəmlənməyə, Hazırladığınız, buraxın, çevirin, fıstığı, bəzəyin
BİZİ İZLƏYİN