• İstanbul plovu resepti

Reseptin məlumatları Baxış sayı: 11 996

Tarix : 28-03-2017, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 st. düyü
2.5 st. su
1 toyuq filesi
1 çimdik zəfəran
3 x.q. kərə yağı
50 q badam
1 st. göy noxud
1 ç.q. zəncəfil tozu
50 q fıstıq
duz

Hazırlanması:
Toyuq ətini suda bişirin. Suyunu süzün (atmayın).

Zəfərənı 1/4 st. qaynar suda yarım saat dəmləyin.

Düyünü yarım saat duzlu suda isladın, yuyub suyunu süzün.

Kərə yağını əridin, badamı 1-2 dəqiqə qovurduqdan sonra düyünü əlavə edin. 5 dəqiqə qovurun. Zəfəranlı suyu toyuq bulyonuna əlavə edin.

Toyuq ətini didin, noxud, zəncəfil və duzla birlikdə düyüyə qatın. Üzərinə zəfəranlı toyuq bulyonunu töküb suyu çəkilənədək vam odda bişirin. Altını söndürüb fıstığı əlavə edin. Yarım saat dəmləyin.

Nuş olsun!
Etiketlər: toyuq, əlavə, süzün, bişirin, yarım, dəmləyin, ətini, Toyuq, dəqiqə, noxud, zəncəfil, birlikdə, qovurun, duzla, Zəfəranlı, bulyonuna, düyüyə, didin, zəfəranlı, Altını
BİZİ İZLƏYİN