• Səbzi-qovurma plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 661

Tarix : 4-04-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 qram - qoyun əti
400 qram - uzun düyü
50 qram - ərinmiş kərə yağı
2 ədəd - baş soğan
göyərti (kəvər, keşniş, göy soğan, quzuqulağı, şüyüd)
zəfəran
darçın
duz
istiot

Hazırlanması:
Səbzi-qovurma plovu üçün yumşaq qoyun ətini 35-40 qramlıq tikələrə doğrayıb, qazana tökün. Ocaqda bişirin. Daha sonra iri qazanda əlavə etdiyiniz suyun həcm inə görə 1 xörək qaşığı duz töküb, düyünü qaynadın. Çox qaynatmayın ki düyü bir-birinə yapışmasın. Düyünün hazır olub-olmadığını əlinizlə yoxlayın.

Vaxtını ötürmək olmaz. Bişən kimi aşsüzəndə süzün. Əgər istəyirsinizsə, plovunuz qazmaqlı olsun o zaman evdə əvvəlcədən xəmir hazırlayıb, qazmaq düzəldə bilərsiniz. Yox əgər etməmisinizsə, qazmaq üçün hazır lavaşdan da istifadə edə bilərsiniz.

Qazanın dibin kərə yağı ilə yağlayıb, lavaşı döşəyib düyünü asta-asta əlavə edin. Qapağını dəsmalla bağlayıb, qazanın ağzın örtüb, dəmə qoyun. Soğanı doğrayıb, tavada qızılı rəng alanədək qızardın. Əvvəlcədən bişirilmiş qoyun ətini soğana əlavə edin.

Daha sonra zəfəran əlavə edinki xüsusi dad versin. Doğranmış göyərtini ətə əlavə edib, duz, istiot vurub rəngi dəyişənədək bişirin.

Dəmlənmiş plovun bir hissinə zəfəran da vura bilərsiniz. Süfrəyə verilən zaman düyünü təpəcik şəklində boşqaba çəkin və üstünə zəfəran vurulmuş düyü tökün. Yanına hazır səbzi-qovurma qoyub,üzərinə isə əridilmiş kərə yağı və darçın səpin.

Səbzi-qovurma plov resepti - FOTO RESEPT

Səbzi-qovurma plov resepti - FOTO RESEPT

Səbzi-qovurma plov resepti - FOTO RESEPT

Səbzi-qovurma plov resepti - FOTO RESEPT

Səbzi-qovurma plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, zəfəran, qoyun, hazır, düyünü, bilərsiniz, ətini, sonra, zaman, bişirin, tökün, doğrayıb, qovurma, soğan, qazmaq, darçın, istiot, soğana, edinki, tavada
BİZİ İZLƏYİN