• Qarın qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 14 337

Tarix : 7-04-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
Xəmir üçün:
800 qr un
1 ç/q duz
su

İçlik üçün:
1 kq qarın (mal və ya qoyun)
300 qr quyruq
3 ədəd soğan
duz
istiot
nar və ya zirinc

Hazırlanması:
1. İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.
2. Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.
3. Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır
4. Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara şəklində qatlanılır.
5. Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.
6. Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.

Nuş olsun!
Etiketlər: istiot, xəmirin, hazırlamaq, quyruq, soğan, qarın, qoyulur, qatlanılır, aypara, qiymədən, şəklində, hissəsinə, açılır, Açılan, Qiyməni, qarından, hazırlanmış, dənələrindən, tərəfi, Qutab
BİZİ İZLƏYİN