• Sobada hinduşka resepti

Reseptin məlumatları Baxış sayı: 22 167

Tarix : 1-05-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd hinduşka (təxmini 2kq),
1 limon,
1 diş sarımsaq,
2 ədəd kök (orta ölçülü),
6 x.q. kərə yağı,
2 ədəd baş soğan,
1 st su,
duz

Hazırlanması:
Əvvəlcə içi təmizlənmiş hinduşkanı duzlayırıq. Yerkökünün qabığını soyub, hər birini 4 yerə bölürük,limonun isə suyunu sıxırıq. Qazana hinduşka, soğan, sarımsaq, yerkökü və yağ əlavə edib, üzərinə su tökərək qaza qoyuruq. Suyunu sıxtığımız limonun qabıqlarını da əlavə edib, qazanın qapağını bağlıyırıq.

Su qaynayanda qazandakıları soba qabına töküb, əvvəlcədən qızdırılmış sobada hinduşkanın əti yumuşalana kimi hər iki üzünə çevirərək bişiririk. Ara bir qabın dibindəki sudan qaçıqla götürərək hinduşkanın üzərinə tökürük. Bu hinduşkanın yaxşı qızarması üçün əsas şərtlərdən biridir.

Bişən tərəvəzləri isə püre halına salaraq hinduşka ilə birlikdə və ya ayrı bir qabda süfrəyə vermək olar.

*Qeyd. Əgər hnduşkanın daha tez bişməsini və ətinin ağ qalmasını istəyirsinizsə, sobaya qoyan zaman üzərinə limon suyu tökün.

Nuş olsun!
Etiketlər: üzərinə, hinduşkanın, hinduşka, limonun, soğan, əlavə, limon, sarımsaq, qızarması, şərtlərdən, biridir, Bişən, yaxşı, sudan, qabın, bişiririk, çevirərək, dibindəki, tərəvəzləri, götürərək
BİZİ İZLƏYİN