• Balıqlı-tərəvəzli kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 19 580

Tarix : 19-08-2014, 06:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q balıq filesi
100 q kələm
1 yerkökü
1 baş soğan
1 diş sarımsaq
1-2 st. "Herkules" yulaf lopası
cəfəri
şüyüd
narın suxarı
bitki yağı
duz
təzə üyüdülmüş qara istiot

Hazırlanması:
Balıq filesini yuyun, suyu çəkiləndən sonra ət maşınından keçirin, yaxud blenderdə xırdalayın. Eyni qayda ilə kələmi hazırlayın. Sarımsağı təmizləyib xırdalayın.

Göyərti və soğanı xırda doğrayın. Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanı və yerkökünü az miqdarda bitki yağında qovurun.

Balıq qiyməsi, kələm, soğan, yerkökü, göyərti, sarımsaq, duz, istiot və kotlet tutulacaq hala gələnədək "Herkules" lopaları əlavə edib qarışdırın.

Əllərinizi suda isladıb çox iri olmayan kotletlər hazırlayın.

Kotletləri suxarıya batırın, qızdırılmış yağda 3-4 dəqiqə qızardın. Sonra o biri üzünə çevirin, 1 dəqiqə qaynar yağda qızardandan sonra, ocağı azaldın, tavanın qapağını örtün, 10-12 dəqiqə vam odda bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, hazırlayın, sarımsaq, Herkules, Balıq, təmizləyib, istiot, xırdalayın, soğan, yerkökü, yağda, keçirin, bitki, sonra, kələm, suxarıya, kotletlər, Kotletləri, Əllərinizi, tutulacaq
BİZİ İZLƏYİN