• Dəbdəbəli bir balqabaq aşı resepti

Reseptin məlumatları Baxış sayı: 14 302

Tarix : 10-06-2017, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Balqabağın mövsümüdür. Qışın soyuqlarında bazarda tərəvəzlərin çeşidi ciddi şəkildə azalıb, mövsümün tərəvəzlərindən olan keçmiş yeməkləri xatırlamağa başlamışam. Bunu uşaqlıqda evdə anam bişirərdi. Gözəyarı xatırladım, bişirməyə çalışdım.

Balanslı qidalanmaq üçün bu yeməyin yanında protein mənbəyi olan ətli, paxlalı yeməklər və mövsümün təzə tərəvəzlərini təqdim etmək daha doğru olar. Çünki bu yemək çox yüksək karbohidrat mənbəyidir. Düyü və balqabaq hər ikisi yüksək karbohidratlı ərzaqlardır. Xüsusi şam yeməklərində həm ətli yeməklərin yanında qarnir olaraq, həm də süfrəyə bir təntənə vermək üçün çox işinizə yarayacaq.

Keçək reseptimizə. Yumru düyünün üzərinə nazik uzun doğranmış soğan, zeytun yağı, alça turşus, barbaris, duz, döyülmüş qara yumru istiot əlavə edilib, yaxşıca qarışdırın. Balqabaq da yuyulub, şəkildə gördüyünüz kimi qapağı kəsilir. İçərisinin tumları çıxarılır, yuyulur. Hətta mümkündürsə qaşıqla tor kimi hissələri də oyub çıxarın, tam bərk lətdən divarlar qalsın.

Sonra balqabağın boşluğuna da turşu+duz+qara istiot çəkib, yuxarıdakı qarışığı içərisinə doldururuq. Yapışmaması üçün altına bir parça folqa qoyub, soba qabına yerləşdirin. Əvvəl yüksək odda, sonra zəif odda bişirin. Arada yoxlayın, düyü bişən kimi, yemək hazırdır.

Tərkibi:
– bir orta ölçülü balqabaq
– 2 st. yumru düyü– 2 ədəd baş soğan
– 1/2 st. alça turşusu (pasta)
– 1-2 x.q. barbaris (zirinc)
– 2-3 x.q. zeytun yağı
– 1 x.q. yumru qara istiot

Gördüyünüz kimi, resept asandır. Amma hazırlamağa qərarlı olanlar üçün incə məqamları var. İndi isə o incə məqamlar:

Hazırlanması:
1. Qara yumru istiot mütləq bir komponentdir. Mütləq yumru istiot olmalı və əllə əzilməlidir – ya əl dəyirmanında ya da həvəngdəstədə. Qara toz bibər ya da qırmızı bibər işlətməyə cəhd etməyin, həmin dad alınmayacaq.
2. Alça turşusu – nar turşusu ilə də əvəz edilə bilər. Barbaris olsa çox yaxşı olar. Olmasa turşunu bir az daha artıq edə bilərsiz.
3. Duxovka ilə təcrübəsi çox olmayanlar üçün qazanda bişirmək variantı da var. Balqabaq böyük bir qazanın içinə qoyulur. Ağzı kip bağlanıb vam odda bişirilir. Mən də əslində duxovka ilə çox oynamağı sevmirəm, məmnuniyyətlə qazana qoyardım, sadəcə bu balqabaq yerləşəcək qədər böyük qazanım yoxdur. Duxovka işini asanlaşdırmaq üçün kiçik məsləhətlərə onu da əlavə edə bilərəm ki, bəzi mətbəxsevərlər bu yeməyi bişirərkən, düyünü əvvəlcədən bir az bişirir, balqabağı da tamamilə folqaya bükür. Birinci dəfə üçün məncə bu üsullarla edin. Çünki sobanızın istiliyi və soba vərdişlərinə görə fərqli nəticələr alına bilər -ya içəridəki düyü tam bişməmiş qalar, ya da balqabaq yanar.

Nuş olsun!
Etiketlər: yumru, istiot, balqabaq, turşusu, yüksək, Balqabaq, bibər, Çünki, yanında, bilər, yemək, əlavə, zeytun, soğan, böyük, Duxovka, barbaris, şəkildə, mövsümün, etməyin
BİZİ İZLƏYİN