• Sobada beşamel souslu vermişel resepti

Reseptin məlumatları Baxış sayı: 4 004

Tarix : 13-06-2017, 19:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Souslar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 paket qalın vermişel
250 qram ağ pendir
250 qram holland pendiri
2 yemək qaşığı duru yağ
İstiot və duz

Beşamel sous üçün:
125 qram marqarin ya da kərə yağı
yarım stəkan un
3,5 stəkan süd
duz

Hazırlanması:
Əvvəlcə pendirləri sürtgəcdən keçirib hazır saxlayırıq. Sonra isə beşamel sousunu hazırlamağa başlayırıq. Bunun üçün bir qazana yağı tökürük, yağ dağ olandan sonra unu əlavə edib qovururuq. Unun qoxusu gəlməyə başladığı anda südü əlavə edib, əlimizi saxlamadan qarışdırırıq. Topa qalmaması üçün südü az-az tökmək lazımdır. Qaynamağa başlayanda altını söndürüb götürürük. Əgər görsəniz ki, topalar qalıb, mikser ilə çırpa bilərsiniz.

Sousu hazır olduqdan sonra vermişeli süzməyə keçirik. Dərin bir qazanda su qoyuruq. Su qaynadıqdan sonra duz və duru yağı əlavə edib vermişelləri suyun içinə tökürük. Təxminən 8 dəqiqə sonra vermişelləri süzüb dərin bir qaba boşaldırıq. Sürtgəcdən keçirdiyimiz ağ pendirləri, duzu və beşamel sousunu əlavə edib qarışdırırıq. Sonra isə sobanın qabını yağlayıb vermişelləri hər tərəfinə bərabər şəkildə yaymaqla qaba tökürük. Ən sonda isə sürtgəcdən keçirilmiş holland pendirini töküb əvvəlcədən qızdırılmış sobada 200 dərəcədə 35-40 dəqiqə ərzində hər tərəfi qızarana kimi bişiririk. Hazır olduqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz. Əgər istəsəniz bunu hər cür makaronla da hazırlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, bilərsiniz, vermişelləri, tökürük, pendirləri, dəqiqə, sürtgəcdən, Sonra, hazır, stəkan, holland, olduqdan, qarışdırırıq, sousunu, beşamel, süzüb, dərin, Sürtgəcdən, qabını
BİZİ İZLƏYİN