• Qiyməli kələm zapekankası resepti

Reseptin məlumatları Baxış sayı: 16 837

Tarix : 21-08-2014, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 iri baş kələm
500 q qiymə
50 q göbələk qurusu
1 iri soğan
2 yumurta
100 q xama
60 q parmezan
4 x.q. bitki yağı

Hazırlanması:
Dərin qaba quru göbələyi qoyun, üzərinə 1 st. qaynar su tökün, 30 dəqiqə saxlayın.

Kələmin üst yarpaqlarını çıxarıb atın, yuyun, xırda doğrayın, özəyini atın.

Tavada 1 x.q. bitki yağını qızdırın, kələmi əlavə edin, 5-7 dəqiqə qovurun. Sonra yarım stəkan su əlavə edib hazır olanadək bişirin (6-8 dəqiqə). Ləyənə yığın.

Soğanı təmizləyib xırda doğrayın. Elə həmin tavada daha 1 x.q. bitki yağında qiymə, duz, istiot ilə birlikdə 6-8 dəqiqə qovurun. Başqa ləyənə yığın.

İslatdığınız göbələkləri kəfkirlə çıxarın, salfetin üstündə qurulayıb iri doğrayın. Təmiz tavaya qoyub üzərinə yağ tökün, 5-7 dəqiqə qovurun.

Sinini yağın qalanıyla yağlayın, lay-lay kələmi, əti, göbələyi, sonra yenə kələmi döşəyin.

Sous hazırlayın: yumurtanı xama ilə çalın, sürtgəcdən keçirilmiş pendirlə qarışdırın.

Bunu zapekankanın üzərinə gəzdirin. 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, üzərinə, qovurun, kələmi, bitki, doğrayın, göbələyi, tökün, bişirin, yığın, əlavə, qiymə, xırda, Təmiz, tavaya, qoyub, üstündə, İslatdığınız, ləyənə, Başqa
BİZİ İZLƏYİN