• Səbzi plov resepti

Reseptin məlumatları Baxış sayı: 17 101

Tarix : 29-07-2017, 19:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
mal əti,
uzun düyü,
2 baş soğan,
1 dəstə keşniş,
1 dəstə şüyüd,
1 dəstə ispanaq,
2 dəstə kəvər,
turşu,
duz, istiot,
yağ

Hazırlanması:
Əvvəlcə tikə əti suda qaynadıb, kəfini yığırıq. Üzərinə doğranmış soğan tökürük.
*Qeyd. İstəyən soğanı yağda qızarda bilər.
Ət bişdikdən sonra suyunu süzüb, yağda qovururuq. Ardınca doğranmış göyərtiləri töküb, 3-4 dəqiqə birlikdə qovururuq. Son olaraq duz, istiot vurub, turşu və az miqdarda ətin bulyonundan əlavə edirik və ya limon suyu da tökə bilərsiniz.
Plov üçün düyünü əvvəlcədən isladıb, 2 saat suda saxlayırıq. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük. Qazana töküb, üzərində yağ gəzdiririk və dəmə qoyuruq. Servis edən zaman plovun üzərinə hazırladığımız səbzidən qoyub süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: dəstə, qovururuq, sonra, bişdikdən, töküb, soğan, əlavə, düyünü, doğranmış, yağda, turşu, istiot, səbzidən, Qaynanmış, islatdığımız, saxlayırıq, qoyub, bilərsiniz, veririk, süfrəyə
BİZİ İZLƏYİN