• Dolma kababı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 094

Tarix : 23-08-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Kabablar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Stalik Xankişiyev


Tərkibi:
1-1,5 kq qiymə
500 q quyruq
soğan
duz
istiot
nanə
reyhan
keşniş toxumu
qara istiot
üyüdülmüş zirə
iç piyi - bükmək üçün

Hazırlanması:
Əti bıçaqla xırdalayın - qiymə halına düşənədək.
Dolma kababı resepti - FOTO RESEPT


Quyruğu və soğanı da xırdalayın.

Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur.
Dolma kababı resepti - FOTO RESEPT


Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox.

İç piyini (pərdə) masanın üstünə sərin. Üstünə tənək yarpaqları düzün.
Dolma kababı resepti - FOTO RESEPT


Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün.
Dolma kababı resepti - FOTO RESEPT


Ruletləri qida plyonkasına bükün. Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün.
Dolma kababı resepti - FOTO RESEPT


Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun.

Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın. Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir. Manqalda bişirin.
Dolma kababı resepti - FOTO RESEPT


Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.
Dolma kababı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, reyhan, xırdalayın, toxumu, keşniş, qiymə, bükün, dərəcə, təxminən, Selsiyədək, soyudun, ruletləri, Bıçaqla, kəsilməli, plyonkanın, hamar, Çalışın, alınsın, olanda, düyün
BİZİ İZLƏYİN