Tərkibi:1 kq toyuq budu,
2 ədəd kartof (orta ölçülü)
Sous üçün:
1 st. qatıq,
yarım st. süd,
1 x.q. bibər pastası,
1 x.q. kekik,
3 diş sarımsaq,
1 x.q. istiot,
1 x.q. kimyon,
2 x.q. zeytun yağı,
1 x.q. duz
Hazırlanması:Böyük bir qaba süd, qatıq, zeytun yağı, bibər pastası və ədviyyatları töküb, qarışdırırıq. Toyuq budlarını sousun içinə yerləşdirib, 2 saat gözlədirik.
Kartofların qabığını təmizləyib, halqalar şəklində kəsirik. Üzərinə zeytun yağı, qırmızı istiot, kekik və duz töküb, qarışdırırıq. Soba qabının bir tərəfindən toyuq budlarını, digər tərəfindən isə kartofları düzürük. “Nar” kimi qızarana qədər sobada bişiririk.
Nuş olsun!
Etiketlər: zeytun, istiot, toyuq, tərəfindən, qarışdırırıq, töküb, budlarını, kekik, qatıq, bibər, pastası, kəsirik, şəklində, Üzərinə, qırmızı, qabının, düzürük, qədər, sobada, bişiririk