• Dadlı, ləzzətli qazan kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 82 465

Tarix : 18-08-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qr mal əti,
2 baş soğan,
kartof,
pomidor,
bibər,
duz, istiot,
tamat,
göyərti

Hazırlanması:
Əvvəlcə mal əti və soğanı birlikdə ətçəkən maşınından keçiririk. Duz, istiot vurub, əlimizlə kotlet forması veririk. Daha sonra soğanı xırda-xırda doğrayıb, yağda qızılı rəng alana kimi qovururq. Üzərinə duz, istiot və tomat töküb, qarışdırırıq və kotletləri düzürük. Kotletlər çox az qızardıqdan sonra üzərinə çıxana kimi su əlavə edirik. Qaynamağa başlayanda doğranmış kartofları tökürük. Yeməyin hazır olmağına az qalmış pomidor və bibər əlavə edirik. Süfrəyə verərkən zövqə görə doğranmış göyərti səpirik.

Nuş olsun!
Etiketlər: istiot, edirik, xırda, sonra, doğranmış, əlavə, soğanı, pomidor, bibər, göyərti, başlayanda, düzürük, üzərinə, Qaynamağa, qızardıqdan, Kotletlər, çıxana, Yeməyin, Süfrəyə, verərkən
BİZİ İZLƏYİN