• Katalana kremi resepti

Reseptin məlumatları Baxış sayı: 2 551

Tarix : 10-02-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 stakan süd
2 yumurta sarısı
2 x.q. qəhvəyi şəkər tozu+2 x.q. üstü üçün
1 x.q. qarğıdalı nişastası
1 darçın çubuğu (şəkildə qəhvəyi rəngdə olan çubuq)
1 portağalın qabığı

Hazırlanması:
Balaca bir qazana südü əlavə edirik. İçinə darçın çubuğunu və portağal qabığını əlavə edirik. Az xodda isinməlidir.
Bu zaman yumurtanın sarısını ağından ayırırıq, ağı bizə lazım olmayacaq.
Yumurtanın sarısını 2 x.q. şəkər tozu ilə mikserlə çalırıq. Tam ağarmamalıdır, açıq sarı rəngdə olanda demək yaxşıdır. Nişastanı əlavə edib yaxşı qarışdırırıq.
Sonra 1 x.q. isinmiş süddən alıb yumurta qarışımına əlavə edib qarışdırırıq.
İsinmiş süd 15 dəqiqə qıraqda özünə gəlməlidir.
Süddən portağal qabığını və darçın çubuğunu çıxardırıq, onlar artıq öz işini görüb. Südü yenə qaza qoyuruq və qaynayan zaman içinə yavaş yavaş yumurta qarışımını əlavə edirik və dayanmadan qarışdırırıq. Təhmini 7 dəqiqə, amma çoxda ola bilər.
Qarışım qatılaşmalıdır, qatılaşana gədər qarışdırmağı davam edin.
Qatılaşanda qablara tökün.
Elə qablar olmalıdır ki, sonra sobaya yerləşdirə biləsiz.
Qablara tökəndən sonra tam soyumalıdır. Soyuyanda 5-6 saatlıq soyuducuya qoyuruq. Ən optimalı 1 gecəlik, lap özünü tutar.
Servis etmək istədiyiniz zaman hər desertin üzərinə şəkər tozu səpin və sobaya qril rejiminə yerləşdirin 3-5 dəq. Bu ona görə lazımdır ki üstü qızarsın.
Portağal qabığı əvəzi limon qabığı ola bilər. Darçın çubuğu əvəzi vanil saplağı.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, zaman, darçın, qabığı, yumurta, şəkər, qarışdırırıq, çubuğunu, sobaya, portağal, sonra, sarısını, dəqiqə, bilər, qabığını, qəhvəyi, çubuğu, yavaş, əvəzi
BİZİ İZLƏYİN