• Turron resepti

Reseptin məlumatları Baxış sayı: 15 285

Tarix : 23-03-2016, 10:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
450-500 q badam
100-150 q fındıq
300-350 q bal
3-4 yumurta
200-250 q şəkər tozu

Hazırlanması:

Badamın 2/3-sini qovurun, tez-tez qarışdırın ki, yanmasın, sonra iri doğrayın.

Yumurtaların ağını möhkəm çalın.

Balı qazançada vam odda qızdırın. Bu, onun tərkibindəki suyun buxarlanması üçündür. Qaynara düşəndə şəkər tozu əlavə edib yenə bişirin.

Badamı yumurta ağı ilə qarışdırın, sonra isə ocağın üstündə olan bala əlavə edin (qarışdırmağı dayandırmayın). Ocağı artırmadan bütöv qalan badamları, iki, yaxud dörd yerə bölünmüş fındıqları əlavə edib qarışdırın.

Bu qarışığı odadavamlı formaya tökün, üzərindən basın ki, formaya tam otursun. Soyudandan sonra soyuducuda saxlayın. Bir həftə sonra turron hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, qarışdırın, yumurta, formaya, şəkər, yaxud, bölünmüş, qarışığı, badamları, fındıqları, qalan, artırmadan, bütöv, Ocağı, odadavamlı, dayandırmayın, üzərindən, həftə, turron
BİZİ İZLƏYİN