• Narşərab resepti

Reseptin məlumatları Baxış sayı: 2 243

Tarix : 5-05-2019, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Turş nar

Hazırlanması:
İnsan sağlımlığı üçün faydalı olan nardan hazırlanan narşərabın hazırlanma qaydası son dərəcə asandır.
Buyurun, Narşərabın hazırlanma qaydası ilə tanış olun.
Eyni zamanda reseptin video forması da mövcuddur.
Nar qabıqlarından təmizlənir.
Nar dənələrini rahat təmizləmək üçün əvvəlcə bıçaq vasitəsi ilə ortadan kəsilir.
Sonra tərs tərəfindən taxta qaşıqla vurularaq nar gilələri qabıqdan ayrılır.
Təmizlənən nar dənələri mümkünsə bir mikser vasitəsi ilə əzilir.
Möhkəmcə əzildikdən sonra çəyirdəyi nar şirəsindən ayrılır.
Bundan sonra nar şirəsi süzgəcdən keçirilir və narşərabın bişiriləcəyi geniş ağızlı qazana əlavə edilir. Bundan sonra qazan odun üzərinə qoyulur.
Bişirilirkən arada nar şirəsinin üzərindəki kəfi alınır.
Bu zaman sobanın temperaturu təqribən 130-150 dərəcə olur.
Bişirmə zamanı qazanın dibinin tutub nar şirəsinin yanmaması üçün vaxtaşırı şirəni qarışdırmaq lazımdır. Nar şirəsini qarışdırmaq üçün taxta qaşıqdan istifadə etmək məsləhət görülür.
Çünki metal qaşıqla qarışdırmaq, turşuluq dərəcəsi yuxarı olan nar şirəsinin içərisində oksidləşmə verə bilər.
Təqribən 5 saat qaynayan nar şirəsi, bəhməz halına gəlib qatılaşdıqdan sonra ocağın üzərindən gtürülür.
Narşərab bişdikdən sonra soyudulur, saxlanılacaq olan qablara alınır.
Hazır məhsulu saxlamaq üçün şüşə qabdan istifadə etmək məsləhət görülür.
Narşərab uzun müddət qalacaqsa, günəş şüalarının bir başa şüşələrə təmas etməməsinə çalışmaq lazımdır.
Qaranlıqda saxlamaq məsləhət görülür.
Eyni zamanda sərin yerdə saxlamaq lazımdır.

Nuş olsun!
Etiketlər: sonra, qarışdırmaq, şirəsinin, məsləhət, görülür, lazımdır, saxlamaq, qaşıqla, etmək, Narşərab, vasitəsi, Bundan, istifadə, taxta, zamanda, hazırlanma, narşərabın, alınır, dərəcə, qaydası
BİZİ İZLƏYİN