• Firni resepti

Reseptin məlumatları Baxış sayı: 4 000

Tarix : 7-09-2019, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Süd - 1 stəkan (200 ml)
Düyü unu - 2,5 y.q. (təxminən 40-46 qr)
Şəkər - 1,5 y.q.
Gül suyu (Gülab) - 1,5 y.q.
Duz - bir çimdik
Darçın - bir çimdik
Yağ - 5 q

Hazırlanması:
Qazanda süd, şəkər, duz və düyü ununu qarışdırırıq, ocağı açırıq, qatılaşana qədər qarışdırıb bişiririk. Süfrəyə vermədən öncə kiçik bir dilim yağ yanına qoyun və ya əritdiyiniz yağı üzərinə töküb, darçınla bəzəyin. Firnini isti-isti yemək lazımdır.

Bal (əsasən də tünd növ) - bitki və heyvan mənşəli məhsullardan mikroelementlərlə ən zəngin bir enerji qaynağıdır. Bizim məsləhətimiz şəkərin balla əvəz olunmasıdır.

Nuş olsun!
Etiketlər: çimdik, lazımdır, əsasən, bitki, heyvan, yemək, Firnini, töküb, darçınla, bəzəyin, mənşəli, mikroelementlərlə, məsləhətimiz, şəkərin, balla, olunmasıdır, Bizim, qaynağıdır, üzərinə, zəngin
BİZİ İZLƏYİN