• Yulaf sıyığı resepti

Reseptin məlumatları Baxış sayı: 3 252

Tarix : 12-01-2020, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fitfood.azerbaijan


Səhər yeməyində doyuzduruculuğu baxımından yulaf sıyığı yeməyə üstünlük verirəm. Adətən hər dəfə yulaf sıyığını hazırlayarkən ona istəyimə bağlı olaraq müxtəlif inqrediyentlər əlavə etməyi sevirəm.

Tərkibi:
200 ml su (istəyə bağlı olaraq süd də əlavə edə bilərsiniz,sadəcə mən səhər yüngül qidalanmadan yana olduğum üçün su ilə pişirdim)
10 ədəd moruq
20 qram yulaf(təqribi 4 çay qaşığı)

Hazırlanması:
Bütün inqrediyentləri blendorda qarışdırdıqdan sonra 4-5 dəqiqə bişirdim.
Üzərini bəzəmək üçün isə badamdan istifadə etdim.
istəyə bağlı olaraq bal qata və üzərini müxtəlif çərəzlərlə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: olaraq, yulaf, bağlı, istəyə, bilərsiniz, əlavə, müxtəlif, bəzəyə, üzərini, inqrediyentləri, blendorda, Bütün, Hazırlanması, moruq, təqribi, qaşığı, qarışdırdıqdan, etdim, bişirdim, Üzərini
BİZİ İZLƏYİN