• Tomat sousunda qabaq resepti

Reseptin məlumatları Baxış sayı: 13 367

Tarix : 29-02-2016, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq qabaq
1,5 kq pomidor
200 q şəkər tozu
125 ml 9%-li sirkə
200 ml bitki yağı
3 diş sarımsaq
duz - zövqə görə

Hazırlanması:
Pomidorları yuyub üstünə qaynar su tökün, qabığını soyub ət maşınından keçirin. Qabaqları yuyub-təmizləyin, toxumlarını çıxarın, kubik doğrayın, pomidoru üstünə tökün. Duzlayın, şəkər tozu əlavə edib vam odda bişirin. Qaynara düşəndə bitki yağı, sirkə əlavə edib tavanın qapağını qoyun, 5 dəqiqə bişirin.

Sonra pasterizə edilmiş bankaların dibinə hərəsinə bir dənə olmaqla əzilmiş sarımsaq qoyun. Sonra pomidorlu qabağı əlavə edib sterilizə edilmiş qapaqla bankaların ağzını bağlayın (burulub bağlanan qapaqlarla).

Soyuq, quru və qaranlıq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, tökün, üstünə, qoyun, Sonra, bankaların, edilmiş, yuyub, bişirin, bitki, şəkər, sarımsaq, sirkə, əzilmiş, pomidorlu, qabağı, sterilizə, olmaqla, hərəsinə, pomidor
BİZİ İZLƏYİN