• Tviks resepti

Reseptin məlumatları Baxış sayı: 16 704

Tarix : 21-10-2014, 19:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sous üçün:

1 banka qatılaşdırılmış süd
125 q kərə yağı
30 ml ağcaqayın siropu (duru bal da olar)

Xəmir üçün:
200 q un
100 q kərə yağı
100 q şəkər tozu

Qlazur üçün:
200 q şokolad

Hazırlanma:
Biskviti hazırlamaq üçün kərə yağını şəkər tozu ilə çalın, sonra un əlavə edin. Umac alınacaq. Bunu siniyə qoyun. Üstündən basıb hamarlayın, 160 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişəndən sonra soyudun.

Sous üçün lazım olan ərzaqları qazanda qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocağı azaldıb karamel rəngi alanadək bişirin (açıq-qəhvəyi rəngdə olacaq).

Sousu isti-isti biskvitin üstünə tökün, hamarlayın. Şokoladı su hamamında əridib üzərinə çəkin. Soyuyanda kvadrat, yaxud uzunsov batonlara bölün.

Nuş olsun!
Etiketlər: bişirin, hamarlayın, şəkər, sonra, qoyun, üstünə, qəhvəyi, olacaq, rəngdə, alanadək, karamel, düşəndə, qaynara, ocağı, azaldıb, Sousu, rəngi, tökün, yaxud, kvadrat
BİZİ İZLƏYİN