• Fransızsayağı pankeyk resepti

Reseptin məlumatları Baxış sayı: 13 874

Tarix : 17-03-2016, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 3 st.
Süd – 2 st.
Yumurta – 2 ədəd
Kərə yağı – 3 x/q
Şəkər tozu – 3 x/q
Duz – 1 çimdik

Hazırlanması:
Mətbəx robotunda un, süd, yumurtalar və bir çimdik duzu qarışdırın. Əgər mətbəx robotunuz yoxdursa, bu ərzaqların hamsını bir dərin qaba tökərək mikserlə qarışdırın. Sonra əridilmiş kərə yağı və şəkər tozunu da bura əlavə edin. Hamsını bir yerdə qarışdırıb, 1 saat dinləndirin. Bir saatdan sonra qabartma tozunu da əlavə edib, qarışdırmağa davam edin. İsidilmiş tavaya çox az yağ atın. Qarışımdan bir miqdar alıb, tavaya tökün. Hər iki tərəfini də qızardın, xəmir bişənə qədər bu prosesi davam etdirin. Cem və mürəbbə ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: davam, qarışdırın, tavaya, əlavə, tozunu, çimdik, Qarışımdan, miqdar, sonra, qabartma, tökün, qarışdırmağa, İsidilmiş, qızardın, mürəbbə, süfrəyə, bilərsiniz, olsun, etdirin, prosesi
BİZİ İZLƏYİN