• Ballı iris resepti

Reseptin məlumatları Baxış sayı: 13 575

Tarix : 23-01-2017, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q şəkər tozu
120 q bal
120 q kərə yağı
250 ml yağlı xama, yaxud qaymaq

Hazırlanması:
Bal və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.

Hissə-hissə otaq temperaturunda olan kərə yağını əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin.

Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz: bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın.

Sininin içinə perqament döşəyin. Üstünə yağ çəkin, sonra isə irisi içinə tökün.

Bir qədər soyuyandan sonra kvadratlara bölün. Tam soyudun.

Əgər bal xoşlamırsınızsa, onu eyni miqdarda şəkər tozu ilə əvəz edin. Həmçinin yağla birlikdə 50 q əridilmiş şokolad da əlavə edə bilərsiniz, o zaman şokoladlı iris alınacaq.

Hazır irisləri perqamentdən, yaxud cığaradan kəsdiyiniz kağızlara bükə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, şəkər, bilərsiniz, bişirin, içinə, yaxud, qədər, soyuyandan, kvadratlara, yoxlayın, bölün, tökün, çəkin, döşəyin, perqament, Üstünə, soyudun, Sininin, irisi
BİZİ İZLƏYİN