Tərkibi:2 ədəd yumurta sarısı
1/4 ədəd limon suyu
400 ml və ya 2 su stəkanı duru yağ
10 qr və ya 1 xörək qaşığı xardal
Hazırlanması:Ev şəraitində mayonez hazırlamaq üçün yumurta sarısını xardalla birlikdə mikserlə qarışdırın. Limon suyunu əlavə edib qarışdırmağa davam edin. Duru yağı yavaş-yavaş hazırladığınız qarışığa əlavə edin. Dadına baxıb duz və istiot əlavə edin. Rəngini açmaq üçün istəsəniz qatıq da əlavə etmək olar.
Nuş olsun!
Etiketlər: əlavə, yumurta, yavaş, hazırladığınız, qarışığa, qarışdırmağa, Dadına, davam, baxıb, qatıq, etmək, istəsəniz, açmaq, istiot, Rəngini, suyunu, Limon, qaşığı, xardal, xörək