• Duzlu, ballı qəhvəyi şəkər resepti

Reseptin məlumatları Baxış sayı: 13 935

Tarix : 4-02-2017, 20:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan qəhvəyi şəkər
1,5 fincan toz şəkər
1 fincan krem
2 yemək qaşığı bal
¾ çay qaşığı laylı dəniz duzu, bölünmüş
Vanil
6 yemək qaşığı kərə yağı

Hazırlanması:
Dərin bir qab götürərək içinə şəkər, bal, krem, ½ çay qaşığı duz və vanil əlavə edərək ocağa qoyun. Ocağı orta dərəcədə açın və şəkər tam əriyənədək qarışdırın. Bir az qaynamasını gözləyin sonra ocaqdan götürüb yağı əlavə edərək tamamən əriyənədək qarışdırmağa davam edin. Biraz soyuyub ilıq vəziyyət almasını gözləyin.
Soyuduqdan sonra perqament kağız sərilmiş bir tavaya tökərəq üzərinə qalan duzu töküb soyuducuya qoyun, 4 saat ərzində donmasını gözləyin. Soyuducudan çıxardıqdan sonra kvadrat formalı kəsib servis edə bilərsiniz. Agzı bağlı şəkildə 7 günədək saxlamaq olar.

Nuş olsun!
Etiketlər: qaşığı, şəkər, gözləyin, sonra, fincan, edərək, əriyənədək, əlavə, qoyun, yemək, üzərinə, qalan, töküb, saxlamaq, günədək, tökərəq, perqament, kağız, sərilmiş, tavaya
BİZİ İZLƏYİN