• Muhalləbili güllaç resepti

Reseptin məlumatları Baxış sayı: 11 837

Tarix : 24-10-2016, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəd güllaç yarpağı
4 st süd
1 st şəkər tozu
1/3 st gül suyu

Arası və üstü üçün:
kokos, qoz ləpəsi və ya fıstıq, gilas

Muhalləbisi üçün:
1 xq nişasta
1 xq un
1 st şəkər tozu
2.5 st süd
1 ədəd limonun qabığı

Hazırlanması:
Şəkər tozu un və nişastanı qaba töküb qarışdırırıq.
Sonra üstünə süd töküb ocaqda qatılaşana qədər qarışdırırıq. Hazır olanda limonun qabığını sürtkəcdən keçirib, üstünə töküb ocaqdan götürürük.
Güllaçları islatmaq üçün süd ilə şəkəri qarışdırıb ocağa qoyuruq.
Şəkər əriyəndə ocaqdan götürürk. İlıq olana qədər gözləyirik. Güllaçları qayçı ilə 4 yerə kəsirik. Qaba yığıb ilıq süddən tökürük. Kokos və qoz ləpəsi yada fıstıq ləpəsi səpirik.
Eyni üsulla bir qat daha yığırıq sonra ilıq muhalləbini töküb yayırıq. Üstünə kokos və ləpələrdən tökürük.
Qalan güllaçları eyni qayda ilə əlavə edirik və sonda gül suyunu hər tərəfinə yayıb, əlimizlə üstündən yavaş basırıq.
Zövqə görə üstünü gilas və ləpələr ilə bəzəyirik.
Ən az 2 saat soyuducuda saxlayıb sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: töküb, ləpəsi, Şəkər, limonun, Güllaçları, qarışdırırıq, qədər, üstünə, sonra, şəkər, tökürük, kokos, ocaqdan, gilas, fıstıq, güllaçları, qayda, əlavə, sonda, edirik
BİZİ İZLƏYİN