• Hədik resepti

Reseptin məlumatları Baxış sayı: 101 820

Tarix : 1-10-2017, 18:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. lərgə
1 st. yaşıl mərcimək
1 st. qara lobya
1 st. maş
1 st. noxud
1 st. buğda
1 st. qarğıdalı
1 st. alça qurusu (zövqə görə)
1 baş soğan
yağ
duz

Hazırlanması:
Paxlaları, qarğıdalını və buğdanı hər birini ayrı qazanlarda yumşalanadək qaynadın. Soğanı xırda doğrayıb iri qazanda yağda qovurun. Qaynatdığınız ərzağı, həmçinin alça qurusunu (qədəri zövqə görə az və ya çox ola bilər) əlavə edin. Üzərinə çıxanadək soyuq su tökün. Duz vurun. 15 dəqiqə qaynadıb ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: zövqə, qurusunu, qədəri, həmçinin, bilər, ərzağı, yağda, qovurun, Qaynatdığınız, əlavə, çıxanadək, qaynadıb, ocaqdan, götürün, dəqiqə, vurun, qazanda, soyuq, tökün, Üzərinə
BİZİ İZLƏYİN