Tərkibi:1 l süd (1 stəkanını ayrı qoyun)
5 x.q. şəkər tozu
1 yumurtanın sarısı
1 x.q. un
3 x.q. qarğıdalı nişastası
1 x.q. marqarin
1 paket vanil
50 q badam
50 q yaşıl fıstıq
Hazırlanması:Südlə şəkər tozunu bir qazanda arada qarışdıraraq qaynadın.
Kənara qoyduğunuz 1 st. südü bir qabda yumurta sarısı, un və nişasta ilə çalın. Qaynayan südü qarışdıraraq onun içinə bu qarışığı əlavə edin. Ən sonda marqarini əlavə edin, qaynadıqdan sonra qazanı ocaqdan götürün. Vanil və xırdalanmış badamı əlavə edərək qarışdırın, kremankalara doldurun. Soyuducuda 1-2 saat saxlayın.
Süfrəyə verərkən üzərini fıstıqla bəzəyin.
Nuş olsun!
Etiketlər: əlavə, sarısı, qarışdıraraq, şəkər, götürün, ocaqdan, Vanil, xırdalanmış, qazanı, qaynadıqdan, qarışığı, sonda, marqarini, badamı, sonra, qarışdırın, üzərini, verərkən, fıstıqla, bəzəyin