• Kremli blinçik resepti

Reseptin məlumatları Baxış sayı: 12 446

Tarix : 4-12-2016, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st un
2,5 st süd
2-3 ədəd yumurta
½ x.q şəkər tozu
5 qr vanil
Bitki yağı

İçlik üçün:
2 x.q. şəkər tozu
200 qr kəsmik
1 x.q. xama
20 qr şokolad
5-6 ədəd albalı (tumsuz)
5-6 ədəd garagilə
3-4 ədəd çiyələk

Üzəri üçün:
Şokolad siropu
Şəkər kirşanı

Hazırlanması:
Xəmirin hazırlanması:
Yumurta və şəkər tozu mikserlə çırpılır. Üzərinə vanil, süd və tədricən un əlavə olunub mikserlə təkrar çalınır. Dibi yapışmayan tava yaxşıca isidilib yağlanır. Tavaya sıyıq xəmirdən bir çömçə tökülüb iki tərəfli qızardılır.

İçliyin hazırlanması:
Şokolad sürtgəcdən keçirilir. Giləmeyvələr xırda doğranır. Kəsmiyin üzərinə şəkər tozu və xama əlavə edilib mikserlə qarışdırılır. Qarışığa bir qədər şokolad ovuntusu, giləmeyvələr əlavə olunub qarışdırılır. Hazır blinçikdən biri götürülüb içərisinə 1 x.q. içlik qoyulub bükülür. İçlikli blinçik şokolad siropu ilə bəzədilir, üzərinə şəkər kirşanı səpilib giləmeyvələrlə servis edilir.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, şokolad, mikserlə, Şokolad, vanil, siropu, qarışdırılır, kirşanı, üzərinə, hazırlanması, olunub, ovuntusu, Qarışığa, qədər, giləmeyvələr, edilib, keçirilir, sürtgəcdən, Giləmeyvələr
BİZİ İZLƏYİN