• Günəş rəngli konfetlər resepti

Reseptin məlumatları Baxış sayı: 14 381

Tarix : 10-08-2014, 00:12

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q ərik qurusu
100 q badam
2 x.q. limon şirəsi (və ya 2 x.q. konyak)

Hazırlanması:
Badamın üstünə qaynar su tökün, 15 dəqiqə sonra süzün. Qabığını təmizləyib salfetin üstündə qurudun.

12-15 ədəd badamı saxlayıb qalanını blenderdə un halına gələnədək xırdalayın.

Ərik qurusunu ayrıca blenderdən keçirin, tədricən limon şirəsi və ya konyak əlavə edin.

Xırdalanmış ərik qurusu ilə badam ununu qarışdırın. Əllərinizi isladıb kürəciklər düzəldin, hər birinin ortasına bir diri badam qoyun. Azca yastılayın. Bu konfetləri ya kokos yonqarına, ya da badam ovuntuğuna batıra bilərsiniz.

Soyuducuda bir saat saxlayın.

Nuş olsun!
Etiketlər: badam, konyak, limon, şirəsi, qurusu, isladıb, kürəciklər, birinin, Əllərinizi, düzəldin, əlavə, tədricən, ortasına, Xırdalanmış, ununu, qarışdırın, kokos, bilərsiniz, Soyuducuda, saxlayın
BİZİ İZLƏYİN