• Fındıqlı şokolad yağı resepti

Reseptin məlumatları Baxış sayı: 30 940

Tarix : 10-08-2014, 00:16

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta
3 st. şəkər tozu
2 x.q. kakao
4 x.q. un
1 çimdik vanil
1 st. fındıq
1 ç.q. kərə yağı
2 st. süd

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yaxşıca çalın. Un, kakao, xırdalanmış (ən yaxşısı qozçəkən maşından keçirilmiş) qovrulmuş fındıq, kərə yağı, vanil əlavə edib qarışdırın. Sonra süd əlavə edib yenə yaxşıca qarışdırın. Alınan qarışığı vam odda qatılaşanadək qarışdıraraq bişirin.

Nuş olsun!
Etiketlər: fındıq, yaxşıca, vanil, qarışdırın, əlavə, şəkər, kakao, Alınan, Sonra, qarışığı, qarışdıraraq, olsun, bişirin, qovrulmuş, qatılaşanadək, qozçəkən, Yumurtanı, çimdik, yumurta, çalın
BİZİ İZLƏYİN