• Tez hazırlanan limonlu pudinq resepti

Reseptin məlumatları Baxış sayı: 12 691

Tarix : 11-02-2017, 16:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 xörək q. kərə yağı
50 qram şəkər
1 yumurta
2 xörək q. un
1/2 su stəkanı süd
Yarım dənə limon

Hazırlanması:
Limonun qabığını sürtgəcdən keçirin, özünün şirəsini sıxın.
Əvvəlcə yağ, şəkər və sürtgəcdən keçirilmiş limon qabığını mikserlə çalın.
Sonra limon şirəsi, yumurta sarısı, un və südü növbə ilə əlavə edərək çalın.
Yumurta ağını ayrı qabda çalın və sarılı qarışığa əlavə edin.
Pudinq qablarına qarışığı bölüşdürün.
Pudinq qablarını böyük bir soba qabına yığın və bu soba qabına su elə tökün ki, pudinq formalarının yarısına qədər olsun.
Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: limon, çalın, əlavə, xörək, Pudinq, qabına, qabığını, sürtgəcdən, yumurta, şəkər, qablarına, yığın, qarışığı, qablarını, bölüşdürün, böyük, tökün, qədər, dərəcəli, sobada
BİZİ İZLƏYİN