• Qozlu şokoladlı pomadka resepti

Reseptin məlumatları Baxış sayı: 11 712

Tarix : 22-02-2017, 21:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : metbexdenxeberler.com


Tərkibi:
200 qram şokolad (tünd və ya südlü)
25 qram kərə yağı
200 qram bişmiş süd
120 qram püstə (qoz, findiq da ola bilər)

Hazırlanması:
Şokoladları xırda hissələrə bölüb bir qaba yığın, kərə yağı və qaynadılmış südü üzərinə əlavə edin.
Sonra su vannasında şokolad əriyənədək qarışdırın.
Püstələri orta ölçüdə doğrayın və şokoladlı qarışığa əlavə edin.
Yağlı kağız qoyulmuş qaba qoyub soyumasını gözləyin.
Sonra soyuducuya qoyub bərkiməyini gözləyin.
Soyuduqdan sonra pomadkanı kub şəklində xırda hissələrə bölün.
Bu çox sadə desertdir, çayla yaxşı içilir, soyuducuda ağzı bağlı qabda1 həftə də saxlamaq olar.

Nuş olsun!
Etiketlər: xırda, hissələrə, Sonra, gözləyin, qoyub, əlavə, şokolad, pomadkanı, şəklində, sonra, bərkiməyini, soyumasını, soyuducuya, Soyuduqdan, bölün, bağlı, qabda1, həftə, saxlamaq, soyuducuda
BİZİ İZLƏYİN