Tərkibi:2 plitka südlü şokolad
3 st. kokos yonqarı (şirin olmasa daha yaxşıdır)
1 st. şirin qatılaşdırılmış süd
Hazırlanması:Qatılaşdırılmış südü kokos yonqarı ilə qarışdırın.
Sininin içinə perqament kağızı və ya qida plyonkası çəkin.
Kokoslu qarışıqdan bir parça götürüb ovcunuzla düzbucaqlı baton forması verin. Bütün içi bu qayda ilə hazırlayın və siniyə düzün.
Sinini dondurucuda 20 dəqiqə saxlayın. Beləliklə onu şokolada batırmaq daha asan olacaq.
Şokolad soyuducuda olanda şokoladı ya mikrodalğalı sobada, ya da su hamamında əridin.
Sonra batonları hərtərəfli şokolada batırın, yenidən siniyə düzün. Qurumasını gözləyin.
Nuş olsun!
Etiketlər: yonqarı, şirin, şokolada, kokos, siniyə, düzün, batırmaq, olacaq, Şokolad, soyuducuda, dəqiqə, Sinini, dondurucuda, olanda, saxlayın, Beləliklə, sobada, yenidən, batırın, Qurumasını