• Magnolia puding resepti

Reseptin məlumatları Baxış sayı: 4 386

Tarix : 5-05-2017, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Süd – 1 litr
Şəkər – 1 stəkan
Un – 2 xörək qaşığı
Nişasta – 3 xörək qaşığı
Yumurta sarısı – 2 ədəd
Vanil – 1 paket
Krem – 200 qram
Sadə biskivit – 1 paket
Çiyələk və ya banan

Hazırlanması:
Süd böyük bir qazana əlavə edilir. Üzərinə şəkər, nişasta, un və yumurta sarıları əlavə edilərək qarışdırılır. Ocağa qoyulur. Orta dərəcədə dayanmadan qatılaşana qədər qarışdırılır və bişirilir. Sonra soyumağa qoyulur. Soyumuş pudinqə vanili, kremi ( krem marketlərdə satılan süd kremi ola bilər. ondan almaq mümükün deyilsə, evdə özünüz də sadə krem hazırlaya bilərsiniz) əlavə edib qarışdırıb, yenidən soyumağa qoyuruq. Biskiviti ( cici bebe də ola bilər) blenderden keçirdib toz halına salmaq gərəkdir. Çiyələkləri yuyub, qurulayın və uzunsov halda doğrayın. Bananları isə yumuru halda doğrayın. Qabların alt hissəsinə 1-2 xörək qaşığı biskivit tozu qoyun. Sonra qabların yanına uzunsov doğranmış çiyələklərdən düzün. Biskivitin üzərinə 2-3 qaşıq pudinq əlavə edin. Onun da üzərinə banan dilimləri yığın. Aralarına sürtgəcdən keçirilmiş şokolad da əlavə edə bilərsiniz. Yenidən biskivit əlavə edirik və proses təkrarlanır. Üzərini isə 1 qaşıq biskivit tozu, 1-2 dilim doğranmış çiyələk və şokoladla zövqə görə dizayn etmək olar. Və pudinqlərimizi soyuducuda bir az saxladıqdan sonra süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: əlavə, biskivit, xörək, qaşığı, soyumağa, qaşıq, üzərinə, bilər, doğranmış, qoyulur, kremi, bilərsiniz, qarışdırılır, halda, uzunsov, doğrayın, Sonra, banan, paket, Biskivitin
BİZİ İZLƏYİN