• Raffaello resepti

Reseptin məlumatları Baxış sayı: 14 101

Tarix : 9-05-2017, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kokos qırıntısı – 125 qram
Qatılaşdırılmış süd – 200 qram
Kərə yağı – 25 qram
Vanil – 5 qram

İçlik üçün:
Qovrulmuş badam ləpəsi və ya qovrulmuş fındıq ləpəsi – 100 qram

Üzəri üçün:
Şokolad – 60 qram

Hazırlanması:
Kərə yağı su buxarında əridilir, üzərinə qatılaşdırılmış süd, vanil, kokos qırıntısı əlavə edilib qarışdırılır əllə. Əlinizə gigenik olsun deyə əlcək geyinə bilərsiniz. Hazırlanmış kütlə soyuducuda 1 saat saxlanılır. Kütlədən kiçik küftələr düzəldilib, içərisinə ləpə qoyulub, bükülür.Küftəciklər kokos qırıntısına batırılıb yenidən soyuducuya qoyulur. Şokolad su buxarında əridilib, soyudulur. Əridilmiş şokolad qənnadı salafan torbaya yığılıb “raffaello”nun üzərinə müxtəlif bəzəklər vurulur. Bəzəkləri zövqə görə vurmaya də bilərsiniz.

Nuş olsun!
Etiketlər: Şokolad, buxarında, üzərinə, kokos, ləpəsi, bilərsiniz, qırıntısı, düzəldilib, soyuducuya, qoyulur, yenidən, əridilib, içərisinə, qırıntısına, bükülür, soyudulur, batırılıb, qoyulub, Küftəciklər, qənnadı
BİZİ İZLƏYİN