Tərkibi:200 q düşbərə xəmiri
120 q kərə yağı
500 q kartof
duz
qara istiot
Hazırlanması:Kartofu təmizləyin, suda bişirin, duz, istiot vurub püre hazırlayın.
Xəmiri kündələyin. Balaca (əl boyda) yuxalar yayıb quru qızdırılmış tavada hər iki üzünü qızaranadək bişirin. Təxminən hər üzünü 1-2 dəqiqə. Çox qurutmayın. Bunun üçün bişəndən sonra üzərinə dəsmal da çəkə bilərsiniz ki, qatlayanda sınmasın.
Bişmiş yuxanın yarısına kartof püresi qoyun, digər yarısını üstünə qatlayın.
Üzərinə kərə yağı çəkib süfrəyə verin.
Nuş olsun!
Etiketlər: üzünü, kartof, istiot, bişirin, yuxanın, qatlayanda, sınmasın, Bişmiş, bilərsiniz, bişəndən, sonra, üzərinə, dəsmal, yarısına, digər, çəkib, süfrəyə, verin, olsun, Üzərinə