• Badımcan məzəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 997

Tarix : 12-03-2016, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 orta boy badımcan
3 x.q. narın suxarı
3 x.q. sürtgəcdən keçirilmiş bərk pendir
duz
reyhan qurusu
rozmarin qurusu (bibəriyə)
paprika
1 yumurta
1 x.q. su

Hazırlanması:
Badımcanı yuyub uzun çubuqlar kimi doğrayın.

Suxarı, pendir və ədviyyatı qarışdırın.

Yumurtanı çalın, su əlavə edin, qarışdırın.

Doğradığınız badımcanları yumurtaya, sonra isə suxarı-pendir qarışığına batırın.

Bunları içinə perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: pendir, qurusu, qarışdırın, suxarı, yumurtaya, sonra, bişirin, qarışığına, badımcanları, Doğradığınız, olsun, Yumurtanı, çalın, əlavə, dəqiqə, batırın, siniyə, düzün, dərəcə, qızdırılmış
BİZİ İZLƏYİN