• Şokolad topları resepti

Reseptin məlumatları Baxış sayı: 15 927

Tarix : 20-08-2014, 10:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
240 q ağ şokolad
200 ml qaymaq
2 x.q. kakao

Bəzək üçün:
hazır çiyələk sousu

Hazırlanması:
Qaymağı bir tavaya töküb ocağın üstünə qoyun. Qaynara düşəndə ocağı söndürün. İçinə xırdaladığınız ağ şokoladı tökün, qarışdırıb şokoladı əridin. Soyuyandan sonra üzərinə qida plyonkası çəkin. 1 gecə dondurucuda saxlayın. Sabahı gün donmuş qarışıqdan qaşıqla iki fındıq boyda parça qoparın, əlinizlə yumru top forması verin, kakaoya batırın.

Süfrəyə çiyələk sousu ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: çiyələk, sousu, şokoladı, donmuş, qaşıqla, qarışıqdan, Sabahı, dondurucuda, üzərinə, sonra, plyonkası, çəkin, fındıq, saxlayın, parça, batırın, kakaoya, Süfrəyə, bilərsiniz, olsun
BİZİ İZLƏYİN