• Kral kəsmiyi vatruşkası resepti

Reseptin məlumatları Baxış sayı: 14 393

Tarix : 3-03-2016, 13:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q 2%-li kəsmik
1 yumurta
1 paket vanil
1 x.q. kakao
1 ç.q. qabartma tozu
2 ovuc qara gavalı
3 x.q. yulaf və çovdar ununun qarışığı

Hazırlanması:
Kəsmiyin bir hissəsini ayırıb kənara qoyun (iç üçün).

Qalanına yumurta, qabartma tozu, un, kakao əlavə edib xəmir yoğurun. Hazır xəmiri soyuducuda 1 saat saxlayın.

İç: kəsmiklə doğranmış qara gavalını blenderdə xırdalayın, vanil əlavə edin. Əgər daha şirin olmasını istəyirsinizsə, bir qədər şəkər tozu əlavə edin. Hazır içi də soyuducuya qoyun.

Kəsmikli xəmiri qalın oxlovun üzərinə qida plyonkası çəkməklə bir istiqamətdə yayaraq vatruşkalar hazırlayın (yayılmış lavaşın üstünə iç qoyun, ikinca lavaşı üstünə örtün).

Sobada 25-30 dəqiqə, qızaranadək bişirin.

Süfrəyə həm soyuq, həm də isti-isti vermək olar. Qatıq və yoqurtla da dadlı olur.

Nuş olsun!
Etiketlər: əlavə, qoyun, yumurta, üstünə, qabartma, xəmiri, vanil, Hazır, kakao, hazırlayın, lavaşın, vatruşkalar, yayılmış, çəkməklə, qalın, Kəsmikli, oxlovun, üzərinə, istiqamətdə, plyonkası
BİZİ İZLƏYİN