• Badamlı bəyaz qaspaço resepti

Reseptin məlumatları Baxış sayı: 13 546

Tarix : 10-04-2016, 09:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q badam
1 dilim bəyaz tost çörəyi
1 diş sarımsaq
0,5 ç.q. duz
5 x.q. zeytun yağı
2 x.q. şerri sirkəsi və bəyaz üzüm sirkəsi
500 ml. soyuq, qazlı olmayan mineral su

Üzərinə:
xırda doğranmış cəfəri
buz parçaları
2 salxım çərdəksiz üzüm (kişmiş üzümü)

Hazırlanması:
Badamın üzərinə qaynar su tökün, 5 dəqiqə saxlayandan sonra suyu süzün, badamın qabığını çıxarın (barmağınızla azca basan kimi çıxacaq).

Çörəyin qabığını kəsin, soyuq suda isladın.

Sarımsağı təmizləyin.

Badamı, suyu sıxılmış çörəyi, sarımsağı, duzu blenderdə xırdalayın. Sonra sirkə və zeytun yağı əlavə edib yenə xırdalayın. Badam püre halına düşənədək az-az mineral su əlavə edərək xırdalayın. Sonda suyun hamısını əlavə edin, qarışdırıb boşqablara çəkin. Xırda doğranmış cəfəri səpin, bir-iki parça buz salın. Süfrəyə dənəsiz üzümlə verin.

Nuş olsun!
Etiketlər: xırdalayın, əlavə, soyuq, mineral, qabığını, doğranmış, cəfəri, sirkəsi, bəyaz, zeytun, çörəyi, düşənədək, Sonra, sirkə, halına, Badam, blenderdə, təmizləyin, Sarımsağı, Badamı
BİZİ İZLƏYİN