Tərkibi:1stak un
1stak süd
1yumurta
1paket qabartma tozu
50 qr kərə yağı
2 çay qaşığı şəkər
1-2 cimdik duz
Hazırlanması:1. Kərə yağını əridin və biraz soyumasını gözləyin.
2. Dərin qabın içinə yumurta,süd,ərinmiş yağ,şəkər və duz qoyun. Bunları mətbəx teli ilə biraz çalın ki, yumurta açılsın.
3. Ələyin içinə un və qabartma tozu tökün. Bunları birbaşa ələyin yumurtalı məhlulun üstünə.
4. Mətbəx teli ilə qarışdırın. Bu xəmiri çox qarışdırmaq olmaz, yoxsa bişəndə rezin kimi sərt alınar. Və eyni zamanda çiy xəmiri çox saxlamaq olmaz.
5. Tavanı isidin. Xəmirdən iri qaşıq və ya orta boy çömçə ilə bir hissə götürüb, yumru kündə şəklində tavaya tökün. 3-4 dəq keçəndən sonra görəcəksiz ki, kündənin üstü deşik - deşik oldu. Bax o zaman kündəni o biri üzünə çevirmək lazımdı.2-3 dəq də o biri üzünü bişirin.
Pankeyki bişirdiyiniz zaman tavanın altı daimə orta atəşdə olmalıdır.
Hazır pankeykləri isti-isti süfrəyə təqdim edin , yanında isə qatıkaşdırılmış süd, bal , mürəbbə, Nutella ( şokolad kremi ) və s. verə bilərsiz.
Nuş olsun!
Etiketlər: 1stak, deşik, biraz, xəmiri, zaman, olmaz, şəkər, yumurta, içinə, qabartma, tökün, Bunları, kündəni, lazımdı, çevirmək, üzünə, görəcəksiz, kündə, yumru, götürüb