• Lavaşla rulet salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 713

Tarix : 25-08-2014, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
lavaş
350 q mayonez
3 diş sarımsaq
2 yerkökü
100 q bərk pendir
4 yumurta
1 şirin bolqar bibəri
250 q bişmiş kolbasa
1 dəstə şüyüd və ya cəfəri

Hazırlanması:
Yerkökünü soyuq su ilə yuyun, qabığını təmizləyib sürtgəcin xırda gözündən keçirin. Pendiri də sürtgəcin xırda gözündən keçirib yerkökünə əlavə edin. Sarımsağı əzib pendirlə yerköküyə qatın. Mayonez əlavə edib qarışdırın.

Yumurtanı bişirin. Soyudub soyun, sürtgəcin xırda gözündən keçirin. Bolqar bibərini xırda kubik doğrayın. Ayrıca qabda xırdalanmış yumurta ilə qarışdırın.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


Kolbasanı sürtgəcin xırda gözündən keçirin.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


Lavaşı hamarlayın, üstünə mayonez çəkin. Yerkökülü-pendirli qarışığı bərabər qaydada üstünə döşəyin.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


İkinci lavaşı üstünə qoyun. Onun da üstünə mayonez çəkin. Üstünə yumurtalı qarışığı döşəyin. Üçüncü lavaşı üstünə qoyun, mayonez çəkin.
Sürtgəcdən keçirilmiş kolbasa döşəyin, xırdalanmış göyərti səpin.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


Səliqə ilə rulet bükün.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


Qida plyonkasına bükün. Soyuducuda 1 saat saxlayın.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


Süfrəyə verməzdən əvvəl plyonkanı açın, doğrayın.
Lavaşla rulet salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, xırda, mayonez, sürtgəcin, gözündən, çəkin, döşəyin, keçirin, xırdalanmış, qarışdırın, yumurta, lavaşı, qoyun, bükün, əlavə, doğrayın, kolbasa, qarışığı, İkinci, bərabər
BİZİ İZLƏYİN